“Seltik” – “Qarabağ” matçının vaxtı müəyyənləşdi
23.07.2015 - 13:02
“Seltik” – “Qarabağ” matçının vaxtı müəyyənləşdi

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Seltik” – “Qarabağ” oyununun başlanma saatı açıqlanıb. Apasport.az Şotlandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Qlazqoda baş tutacaq ilk qarşılaşma iyulun 29-da, yerli vaxtla 19:45-da (Bakı vaxtı ilə 23:45) start götürəcək.

 

Görüşün biletləri də satışa çıxarılıb. Böyüklər üçün biletlərin qiyməti 22, 16 yaşdan aşağı olanlar üçün 12, 13 yaşdan aşağı olanlar üçün isə 7 avroya bərabərdi.