“Sevincimiz uzun çəkmədi”
12.04.2014 - 17:19
“Sevincimiz uzun çəkmədi”

“Oyun ağır keçdi. İkinci hissədə qol vursaq da, sevincimiz uzun çəkmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXX turunun “Sumqayıt”la səfər oyunu haqda fikirlərini açıqlayıb. Çixradze cari mövsüm ilk dəfə məğlub edə bilmədikləri rəqibin xal qazanmasını (1:1) imkanların qaçırılması ilə izah edib: “Rəqib hesabı bərabərləşdirdikdən sonra bir neçə təhlükəli qol epizodu yaratdıq, lakin bunlardan istifadə edə bilmədik”.