“Simurq” - 2 debütantla ilk qələbə
07.07.2014 - 10:13
Sloveniyada təlim-məşq toplanışında olan “Simurq” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi yerli “Aluminiy” klubu ilə görüşüb.
Georgi Çixradzenin yetirmələri ölkə çempionatının aşağı dəstəsində mübarizə aparan rəqiblə qarşılaşmada qalib gəlib – 1:0. Zaqatalalılar bu matçda iki yeni futbolçunu da sınayıb.
Qeyd edək ki, “Simurq” növbəti oyununu oyulun 9-da Makedoniyanın “Vardar” klubuna qarşı keçirəcək.
0
0