“Simurq” “Neftçi” ilə matça bir itki ilə hazırlaşır
03.02.2015 - 22:08
Topaz Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb. Apasport.az saytının məlumatına görə, dünən səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxtda gələcək və son çalışmasın qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da edəcək.
Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak etməyib. Ayağında ağrılar hiss edən müdafiəçinin müalicəsi davam edir.
Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da saat 16:00-da start götürəcək.
0
0