“Simurq” “Makkabi” ilə bacarmadı
21.07.2014 - 09:33
“Simurq” “Makkabi” ilə bacarmadı

İyulun 17-dən Avstriyanın Tirol bölgəsində hazırlıq keçən “Simurq” dünən orda ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Das Seivald” otelində məskunlaşan Zaqatala təmsilçisi Hayfa “Makkabi”si ilə qarşılaşıb.

 

Görüş 12 dəfə İsrail çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 27-ci dəqiqədə vaxtı ilə “Xəzər Lənkəran”a qarşı bu komandanın heyətində çıxış etmiş ispaniyalı Ruben Rayosun ötürməsindən sonra vitse-kapitan Dekel Keynan açıb. “Simurq” Hayfa doğumlu yəhudi mərkəz müdafiəçisi İdan Vaytsman isə 62-ci dəqiqədə qırmızı vərəqə almaqla təmsilçimizi azlıqda qoyub. Bundan 9 dəqiqə sonra isə “Makkabi”nin sol cinah müdafiəçisi Samuel Şaymann görüşdə son nöqtəni qoyub.

 

Qeyd edək ki, ötən mövsüm İsrail çempionatını V pillədə tamamlamış Hayfa “Makkabi”si ötən mövsüm “Xəzər Lənkəran”ı Avroliqanın II təsnifat mərhələsində mübarizədən kənarlaşdırmışdı.