“Simurq” Avstriyada daha 4 yoxlama oyunu keçirəcək
21.07.2014 - 10:00
“Simurq” Avstriyada daha 4 yoxlama oyunu keçirəcək

Avstriya hazırlığı çərçivəsində Hayfa “Makkabi”sinə 0:2 hesabı ilə yenilən “Simurq” daha 4 yoxlama görüşü keçirməyi planlaşdırıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin digər yoxlama matçları iyulun 23, 26, 29-u və avqustun 1-nə nəzərdə tutulub.

 

“Simurq” transfer çalışmalarını da dayanmadan davam etdirir. Həm yerli, həm də legioner futbolçuları heyətə qatmağı nəzərdə tutan “sarı-qaralar” yaxın zamanda bir neçə futbolçu ilə rəsmi müqavilə bağlayacaq.