İyulun 17-dən Avstriyada yeni mövsümün təlim-məşq toplanışının ikinci mərhələsinə start verən “Simurq” hazırlıqları tamamlamaq üzrədir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi artıq sonuncu yoldaşlıq görüşünü də başa vurub.
“Simurq”un rəqibi Qətərin “Al-Sadd” klubu olub. Georgi Çixradzenin yetirmələri gərgin və məhsuldar keçən matçı məğlub başa vurublar – 2:3.
Bu gün vətənə qayıdacaq komanda bir günlük istirahətdən sonra - avqustun 4-ü axşam saatlarında Zaqatalada 2014/15-ci mövsmünün ilk turunun hazırlıqlarına start verəcək. Onların rəqibi isə paytaxtın “Bakı” klubu olacaq. Qarşılaşma avqustun 9-da “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək.
Qeyd edək ki, “Simurq” Avstriya toplanışında qələbə qazanmayıb. “Al-Sadd”dan öncə Xorvatiya “Lokomotiv” ilə 3:3, Albaniya “Teuta”sı ilə 0:0 hesablı heç-heçə edən zaqatalalılar Hayfa “Makkabi”sinə 0:2, Rusiya “Amkar”ına isə 1:4 hesabı ilə uduzublar.