“Simurq” bir itki ilə hazırlaşdı
19.02.2015 - 01:16
“Simurq” bir itki ilə hazırlaşdı

Topaz Premyer Liqasının XXIII turunda doğma arenada "Sumqayıt"ı qonaq etməyə hazırlaşan "Simurq" ötən gün son məşqini edib. Apasport.az saytının məlumatına görə, çalışmaları güclü yağan qar altında edən komandanın heyətində yalnız dizindən əməliyyat olunan Əli Gökdəmir iştirak etməyib.

 

Bir saatdan artıq davam edən oyunöncəsi son məşq ənənəvi olaraq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra "kvadrat" və ikitərəfli oyun keçirilib. Hazırlığın sonunda qapıya zərbələr üzərində tapşırıqlar yerinə yetirilib. Bundan sonra futbolçular çalışmaları tamamlayaraq, istirahətə çəkilib.

 

Qeyd edək ki, "Simurq" - "Sumqayıt" oyunu bu gün saat 17:00-da start götürəcək. Görüşdə Əli Gökdəmirlə yanaşı, sarı vərəqə limitini dolduran Marko Stanoyeviçdə forma geyinə bilməyəcək. Qarşılaşma "Simurq TV"-dən online olaraq yayımlanacaq.