“Simurq” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytı xəbər verir ki, “sarı-qaralar” serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqaviləyə imza atıblar.
Moldava "Şerif"indən icarə əsasında transfer edilən 26 yaşlı Marko Zaqatala təmsilçisinin Avstriyadakı təlim-məşq toplanışında da iştirak etmişdi. O, "Simurq"un heyətində "88" nömrəli formanı geyinəcək.
Peşəkar karyerasına 2006-cı ildə başlayan serbiyalının ilk klubu “Srvena Zvezda” olub.
Daha sonra isə “Sopot” (2006/2008), “Laktaşi” (2008/2009), “Srvena Zvezda” (2009/2012) klublarında oynayıb. 2012-ci ildən Moldova “Şerif”inin şərəfini qoruyan yarımmüdafiəçi 54 dəfə bu komandanın formasını geyinib və 4 dəfə rəqib qapılarına yol tapıb.