“Simurq” Sloveniyada uduzmadı
14.07.2014 - 08:12
“Simurq” Sloveniyada uduzmadı

Zaqatalanın “Simurq” klubu Sloveniya toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi son yoxlama oyununda Xorvatiya “Lokomotiv”i ilə qarşılaşıb.

 

Görüş məhsuldar heç-heçə ilə nəticələnib – 3:3. Qollardan birini baxışda olan Lukas Tresnak vurub.

 

Qeyd edək ki, Sloveniyada uduzmayan “Simurq” bunadək yerli “Aluminiy”ə 1:0 hesabı ilə qalib gəlib və Makedoniya “Vardar”ı ilə “sülh” bağlayıb – 2:2.