“Simurq”da parçalanma: Çixradze narazılıq yaratdı
29.03.2014 - 16:59
“Simurq”da parçalanma: Çixradze narazılıq yaratdı

“Simurq” klubunun azarkeşləri arasında fikri ayrılığı yaranıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” ilə səfər oyunu Zaqatala fanatlarını ikiyə parçalayıb.

 

Buna bir qrup azarkeşin komandaya dəstək əlaməti olaraq baş məşqçinin adını səsləndirməsi səbəb olub. Onların “Çixradze, Çixradze” şüarı digərlərinin xoşuna gəlməyib.

 

Həmin qrupun başında duran azarkeş digərlərini arxasınca aparan fanata sərt şəkildə etirazını bildirib: “Niyə bizim uşaqları bu gürcünün adını qışqırmağa vadar edirsən?”

 

“Komandamızın məşqçidir də” deməklə kifayətlənən azarkeş bu mövzuda mübahisədən çəkinməyib. Tərəflər arasında ciddi narazılıq yaranıb. Mübahisəyə qızışanlar başqalarının köməyi ilə sakitləşdirmək və dava-dalaşın qarşısını almaq mümkün olub.