“Simurq”un “afrikalılar” problemi
04.07.2014 - 15:02
“Simurq”un “afrikalılar” problemi

“Simurq”un müdafiəçisi Usim Nduka komandanın Sloveniyadakı təlim-məşq toplanışını tərk edib. Apasport.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidi.

 

Milliləşdirilən nigeriyalının ayağında xroniki zədələlər mövcuddu. Hazırda Bakıda müalicə alan Ndukanın komandada qalıb-qalmayacağı bəlli deyil. Sloveniyaya aparılan, lakin zədəsinə görə Bakıya dönən futbolçu ilə klub rəhbərliyi yollarını ayırmaq istəsə də, onun müqaviləsinin olması buna mane olur.

 

Digər afrikalı, malili hücumçu Salif Ballonun da komandadan gedəcəyi gözlənilir. Baş məşqçi Georgi Çıxradze onu komandada görmək istəmədiyini rəhbərliyə bildirib. Lakin hələ 1 illik müqaviləsi qalan 26 yaşlı futbolçu başqa klublardan təklif aldığını və danışıq apardığını bildirib. O, rəhbərlikdən klub tapana qədər vaxt istəyib.

 

Mövsüm başa çatdıqdan sonra müqaviləsi bitən və yeni müqaviləyə imza atmayan braziliyalı yarımmüdafiəçi Anderson Oliveyra isə yenidən Zaqatala təmsilçisinin heyətində görünə bilər. Belə ki, klub ona yeni şərtlərlə müqavilə göndərib. Əgər braziliyalı komandanın şərtlərini qəbul etsə, o zaman növbəti mövsüm də “Simurq”da çıxış edəcək.