“Simurq” Türkiyə klubu “Sivasspor”un hücumçusu Cihan Özkaranın keçidində israrını davam etdirir. Zaqatala klubunun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hələlik “Simurq” rəhbərliyi arzusuna çata bilməyib.
Hazırda Türkiyədə olan Azərbaycan yığmasının milliləşdirilmiş hücumçusu “Sivasspor”dan transfer vərəqəsini hələ almayıb. Onun “Simurq”a keçidini yubadan əsas problem də budu. “Sarı-qaralar” bu məsələni yoluna qoymaq üçün ilk növbədə Superliqa klubu ilə danışıq aparırlar. Sivaslılar Cihanın keçidinə mane olmasalar, futbolçu yaxın günlərdə Azərbaycana gələrək, “Simurq”la müqavilə imzalayacaq.
Qeyd edək ki, “Simurq”un Cihan Özkara ilə maraqlandığı xəbəri ilk dəfə saytımızda yazılmışdı.