“Simurq”un düşərgəsində çexiyalı hücumçu
07.07.2014 - 11:48
“Simurq”un düşərgəsində çexiyalı hücumçu

Sloveniyada növbəti mövsümə hazırlaşan “Simurq” baxışa 2 futbolçu dəvət edib. Apasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Georgi Çıxradze onları dünən “Aluminiy”a qarşı yoxlama oyununda sınayıb.

 

Bu futbolçular çexiyalı hücumçu Lukaş Treşnak və sloveniyalı mərkəz yarımmüdafiəçisi Damianı Trifunoviçdir. Artıq onlardan biri geri qaytarılıb. Damian Çixradzeni qane etmədiyindən düşərgədən ayrılmaq məcburiyyətində qalıb.  

 

26 yaşı forvard Lukaş Treşnak haqda isə növbəti yoxlama oyunlarından sonra qərar veriləcək.

 

Peşəkar karyerasına ölkəsinin “Sparta” klubunda başlayan Lukaş bu komanda ilə 7 dəfə meydana çıxıb və bir qol vurmağı bacarıb. Daha sonra “Baumit” klubuna keçən hücumçu burada 53 dəfə forma geyinib. O, son klubunun heyətində 4 qolun müəllifidir.