“Simurq”un ilk rəqibi müəyyənləşdi
14.07.2014 - 12:00
“Simurq”un Avstriyada yoxlama görüşü keçirəcəyi ilk komandanın adına aydınlıq gəlib. Apasport.az xəbər verir ki, “ağ-qaralar” “Amkar”la üz-üzə gələcəklər.
Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Oyunun keçiriləcəyi tarix isə dəqiq məlum deyil.
Qeyd edək ki, bundan öncə Sloveniyada təlim-məşq toplanışı keçirən “Simurq” orada 3 yoxlama görüşü keçirib. Zaqatala təmsilçisi əvvəlcə bu ölkənin “Almuniy” klubuna 1:0 qalib gəlib. Daha sonra isə Makedoniya “Vardar” ilə (2:2) və Xorvatiya “Lokomovtiv”i ilə (3:3) sülh bağlayıb.
0
0