“Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsindəki rəqibi olan “Şiroki Briyeq” təmsilçimizlə cavab görüşü öncəsi yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, “mavilər” Bosniya və Herseqovina çempionatını ötən mövsüm V yerdə tamamlamış “Velej”lə gücünü sınayacaq.
Bu haqda Mostar klubunun rəsmi saytı xəbər yayıb. Görüş sabah Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq. Qarşılaşma Şiroki Briyeqdəki Musa-Karaçiç təlim-məşq bazasında keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” iyulun 10-da “Şiroki Briyeq”lə cavab oyununa çıxacaq. İyulun 3-də Qəbələdə keçirilən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.
“Şiroki Briyeq” sabah yoxlama oyunu keçirəcək
05.07.2014 - 12:28
0
0