“Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsindəki rəqibi olan “Şiroki Briyeq” cavab görüşü öncəsi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Slaven Musanın yetirmələri Bosniya və Herseqovina çempionatının 5-cisi “Velej”lə gücünü sınayıb.
Şiroki Briyeqdə keçirilən görüşdə hesabı erkən açan tərəf meydan sahibləri olub. Qolu Yosip Çorlukanın ötürməsindən sonra İvan Buhaç rəqib qapısından keçirib. Bununla belə, fasilədən sonra Mostar təmsilçisi 2 qol vuraraq qələbə qazanıb.
“Şiroki Briyeq”in 1:2 hesabı ilə uduzduğu görüşdə Slaven Musa qapıçı Antonio Soldo və Yosip Çorluka istisna olmaqla, fasilədən sonra bütün oyunçuları dəyişib. “Qəbələ”nin rəqibi start heyətdə daha çox Qəbələdə oynamayanları meydana buraxıb: Soldo, Karaçiç (Çoriç, 65), Barişiç (Radiç, 46), Brekalo (Laştro, 46), Kojul (Vaqner, 65), İvankoviç (Pehar, 65), Kojul (Peko, 65), Buhaç (Zakariç, 65), Zadro (Landeka, 65), Çorluka, Mihalyeviç (Mariç, 65).
Qeyd edək ki, “Şiroki Briyeq” - “Qəbələ” görüşü iyulun 10-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Tərəflərin ilk görüşündə “mavilər” “qırmızı-qaralar”a 2:0 hesabı ilə qalib gəlib.
“Şiroki Briyeq” yoxlama oyununda məğlub oldu - FOTO
07.07.2014 - 09:04
0
0