“Şiroki Briyeq”in baş məşqçisi: Azərbaycana səfər etmək istəmirdik
24.06.2014 - 10:09
“Biz Azərbaycana səfər etmək istəmirdik. Başqa rəqib düşsəydi, daha yaxşı olardı”. Apasport.az xəbər verir ki, bu sözləri Avroliqanın I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa deyib.
Bosniya və Herseqovina təmsilçisinin çalışdırıcısı ilk matçın səfərdə keçirilməsinə sevinir: “Qəbələ” bizim üçün naməlum rəqibdir. Amma sevindirici hal odur ki, cavab matçını evdə keçirəcəyik. İnanıram ki, yekunda püşkdə bəxtimizə Azərbaycan klubu düşdüyü üçün sevinəcəyik”.
0
0