“Slaviya”nın prezidenti “Xəzər Lənkəran”ın düşərgəsindəki futbolçudan danışdı
25.06.2014 - 12:32
“Slaviya”nın prezidenti “Xəzər Lənkəran”ın düşərgəsindəki futbolçudan danışdı

“Qalin İvanov bizim komandada oynamaq istəmirdi”. Apasport.az xəbər verir ki, bunu Bolqarıstan mətbuatına açıqlamasında “Slaviya”nın prezidenti Ventseslav Stefanov deyib.

 

Stefanov bildirib ki, İvanovu heyətdə saxlamaq istəsələr də, futbolçu ayrılmağı üstün tutub: “Biz ona yeni müqavilə təklif etsək də, İvanov komandadan ayrılmaq istədi. Danışdıq, müzakirələr apardıq, amma alınmadı. Yeni komandasında Qalinə uğurlar arzu edirəm. İnanıram  ki, özünü sübut edə biləcək. Onun yerinə yeni futbolçularla danışırıq. Yaxın günlərdə bu futbolçulardan düşərgəmizə gələn olacaq”.

 

Xatırladaq ki, İvanov bu gündən Türkiyədə hazırlıq keçən “Xəzər Lənkəran” klubunun düşərgəsindədi. Onunla yaxın günlərdə 1 illik müqavilə bağlanacağı gözlənilir.