“Spartak” Çerçesovdan imtina etdi
25.03.2014 - 23:25
“Spartak” Çerçesovdan imtina etdi

 

 

Rusiyanın “Spartak” futbol klubu ötənlərin məşhur qapıçısı Stanislav Çerçesovu baş məşqçi postuna gətirmək niyyətindən vaz keçib. Apasport.az saytının məlumatına görə, bunu klubun prezidenti Leonid Fedun bildirib.

 

Xatırladaq ki, “Spartak” ötən həftə baş məşqçi Valeri Karpini istefaya göndərib. Bundan dərhal sonra Çerçesova komandanı qəbul etmək təklif olunub. Çerçesova hətta ildə 1,5 milyon avro məvacib də təklif olunub. Lakin tərəflər razılığa gələ bilməyiblər.

 

Qeyd edək ki, Çeçrçesov hazırda Perm “Amkar”ının baş məşqçisidir.

 

 

0