“Spartak” Mançini ilə maraqlanır
08.05.2014 - 22:08
“Spartak” Mançini ilə maraqlanır

 

“Qalatasaray” futbol klubunun baş məşqçisi Roberto Mançini Moskvanın “Spartak” komandasının potensial baş məşqçisi siyahısına daxil edilib. Apasport.az saytının məlumatına görə, Mançini ilə “qırmızı-ağların” sahibi Leonid Fedun maraqlanır.

 

Qeyd edək ki, bundan əvvəl “Spartak”ın oyunçularının komandanın baş məşqçisi postuna xarici mütəxəssisin gətirilməsini istədiklərini bildirilirdi. Amma Mançininin “Spartak”a gətirilməsinə bir məsələ əngəl ola bilər: Moskva klubunun bu mövsüm avrokuboklara düşmə şansı azdır. Bu isə Mançinini qane etməyəcək.

 

Mançininin “Qalatasaray”dakı əməkhaqqı ildə 5,5 milyon avrodur (bəzi məlumatlara görə, 4,5 milyon avro).