“Qəbələ”nin baş məşqçisi Yuri Syomin yenidən Rusiya klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, 66 yaşlı mütəxəssis Moskva “Spartak”ının baş məşqçisi postuna namizədlər sırasına düşüb.
Paytaxt təmsilçisinin rəhbərliyi təcrübəli mütəxəssisin komandada nizam-intizamı bərpa edə biləcəyinə və vəziyyətdən çıxaracağına ümid edir. Bu üzdən artıq Syominlə danışıqlara start verilib.
Hazırda “Qəbələ”ni Topaz Premyer Liqasının növbəti matçına hazırlayan rusiyalı məsələdən xəbərdar olduğunu bildirib: “Belə bir klubun baş məşqçisi postuna namizədliyimin müzakirə olunması sevindiricidir. “Spartak” sadiq azarkeşlərdən ibarət nəhəng orduya malikdir. Bu komanda böyük vəzifələrin öhdəsindən gələ bilər”.
Qeyd edək ki, Syominədək “Spartak”ın almaniyalı mütəxəssislə Feliks Maqat və Yurgen Klinsmanla danışıqlar apardığı haqda məlumat yayılmışdı.