“Şturm” – “İnter” oyununun başlanma saatı bilindi
18.06.2014 - 16:34
Avstriyada hazırlıqlarını davam etdirən “İnter”in sabah “Şturm”la keçirəcəyi yoxlama oyununun vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Qrats klubu ilə sabah Bakı vaxtı ilə saat 21:30-da qarşılaşacaq.
Qarşılaşmanın hələ hansı stadionda keçiriləcəyi müəyyənləşməyib. Bu görüş Ditersdorf və ya Loypersdorf qəsəbəsindəki stadionlardan birində baş tutacaq.
Qeyd edək ki, “İnter” Avstriya toplanışı zamanı artıq bir klubla gücünü sınayıb. “Bankirlər” Avstriyanın aşağı dəstə komandası “Buxşaxen”i 5:0 hesabı ilə məğlub edib.
0
0