Türkiyə millisinin Azərbaycana gələcək heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək qrup oyunlarında “ay-ulduzlular”ı 18 futbolçu təmsil edəcək.
Azərbaycan, Bosniya və Herseqovina, Ukrayna yığmaları ilə mübarizə aparacaq Türkiyə millisinə Almaniya, Avstriya, Belçika və Hollandiyadan da futbolçu cəlb olunub. Onlar noyabrın 10-15-də keçiriləcək mini turnirdə növbəti mərhələyə vəsiqə üçün mübarizə aparacaq: Sabit Hakan Yılmaz (“Adanaspor”), Yusuf Acer, Alican Özfesli, Cengiz Ünder, FatihAktay (hamısı “Altınordu”), Ertuğrul Ersoy (“Çaykur Rizəspor”), Muhammed Samed Karakoç, Abdurrahman Canlı, Merih Dəmirəl (hamısı “Fənərbaxça”), Übeyd Adıyaman (“Hacettepe”), Burak Bekaroğlu (“Sakaryaspor”), Muhammet Bəşir (“Trabzonspor”), Muhammed Şəngəzər (“Yeşil Bursa”), Hayrullah Alıcı (“Borussiya” Dortmund, Almaniya), Hasan Özkan (“Gent” Belçika), Gökhan Kardeş (PSV, Hollandiya), Abdullah Balıkçı (“Rapid”, Avstriya), Berkay Özcan (“Stutgart”, Almaniya).
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI