“Sumqayıt” Özbəkistan çempionunu məğlub etdi
21.07.2014 - 11:48
“Sumqayıt” Özbəkistan çempionunu məğlub etdi

Topaz Premyer Liqasının 2014/15 mövsümünə hazırlaşan “Sumqayıt” Türkiyədə növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Özbəkistan çempionu “Bunyodkor” üzərində minimal hesablı qələbə qazanıb – 1:0.

 

Oyunun yeganə qolunu 36-cı dəqiqədə “Sumqayıt”ın rusiyalı hücumçusu Məhəmməd Qurbanov vurub. Oyunun gedişində Özbəkistan klubu penaltidən yararlana bilməyib. “Green Park Kartepe” otelinin meydançasında baş tutan görüşdə start heyətləri belə olub:

 

“Bunyodkor”: 1. Pavel Buqalo, 4. Xeyrulla Kərimov, 6. Ənvər Qafurov, 2. Akmal Şorəhmədov, 40. İvan Miloşeviç, 9. Minori Sato, 14. Samir Bekriç, 19. Zabixilla Urinbayev, 28. Dastanbəy Həmdəmov, 8. Cövlan İbrahimov, 11. Aleksandr Pişçur

Meydana sanradan daxil olanlar: 10. Ənvər Berdiyev, 33. Oleq Zoteyev, 15. İslam İnamov, 3. Şükürəli Pulatov, 54. Teymur Əyyubov, 48. Əkrəmcan Kamilov

 

“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Aqil Nəbiyev, 66. Ruslan Poladov, 15. Nodar Məmmədov, 8. Ceyhun Cavadov, 10. Tərzin Cahangirov, 77. Təvəkkül Məmmədov, 17. Ramazan Abbasov, 22. Tofiq Mikayılov, 14. Məhəmməd Qurbanov

Meydana sonradan daxil olanlar: 63. Şahruddin Məhəmmədəliyev, 30. Tərlan Əhmədli, 92. Bəxtiyar Həsənalızadə, 9. Orxan Əliyev, 6. Taqim Novruzov, 23. Şəhriyar Xəlilov, 2. Slavik Alxasov.

 

Qeyd edək ki, “Sumqayıt” bundan öncə İranın “Persepolis” klubu ilə qarşılaşmış və 2:3 hesabı ilə məğlub olmuşdu.