“Sumqayıt” Türkiyədə hazırlıq keçəcək
27.06.2014 - 15:52
“Sumqayıt” Türkiyədə hazırlıq keçəcək

Topaz Premyer Liqasının 2014/15 mövsümü üçün hazırlıqlara start verən “Sumqayıt” baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, bu həftə ərzində cəmi bir məşqlə kifayətlənən komanda növbəti həftədən hazırlıq prosesini bir qədər də intensivləşdirəcək. 

“Sumqayıt” hazırlığın I mərhələsi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 5-də Sumqayıtda “Neftçala”, 12-də isə “Bayıl Arena”da “Rəvan”la yoxlama matçında üz-üzə gələcək. “Sumqayıt” hazırlığın II mərhələsini Türkiyədə keçirəcək. Hazırlıq mərhələsinin proqramına yaxın günlərdə aydınlıq gələcək.