“Sumqayıt”ın yeni mövsüm üçün baş məşqçisi bilindi
02.06.2014 - 13:50
“Sumqayıt”ın yeni mövsüm üçün baş məşqçisi bilindi

“Sumqayıt”ı yeni mövsümdə çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda rəhbərliyi baş məşqçi Aqil Məmmədovla müqavilənin müddətini yeniləyib. 42 yaşlı mütəxəssis daha bir il “Sumqayıt”ı çalışdıracaq.

 

Qeyd edək ki, Məmmədov 2011/12 mövsümündə “Sumqayıt”da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. O, 2013/2014 mövsümündən isə “Sumqayıt”ın baş məşqçisidir.