“Təqvimi razılaşdırmaq çətin olmadı"
06.02.2015 - 09:22
“Təqvimi razılaşdırmaq çətin olmadı"

“Danışıqlar yaxşı keçdi. Təqvimlə bağlı ortaq məxrəcə tez gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın U-21 yığmasının baş məşqçisi Tommi Kautonen deyib.

 

O bildirib ki, AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunun təqvimini razılaşdırmaqda çətinlik olmayıb. “Suoni”lərin çalışdırıcısı Almaniya, Rusiya, Avstriya, Azərbaycan və Farer adaları təmsilçiləri ilə anlaşdıqlarını açıqlayıb: “Təqvimi razılaşdırmaq çətin olmadı. Bizim istəyimiz seçmə mərhələyə iki ev oyunu ilə başlamaq idi. Buna da qismən nail olduq. Düşünürəm ki, təqvim istəyimizə uyğun alınıb. Ümumilikdə də həm püşkdən həm də oyunların vaxtından məmnunuq”.