“Qapımıza vurulan qolları özümüz yaratdıq. Daha diqqətli oynamalı idik. Diqqətli olanda, isə hər şey alınır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Tiraspol” klubunun futbolçusu Viktor Bulat deyib.
Moldovalı futbolçu Avropa Liqasının I təsnifat mərhələsinin Bakı “İnter”i ilə görüşünü şərh edib: “3 qol buraxandan sonra irəli atılmaqdan başqa yolumuz yox idi. Bu üzdən də matçın sonlarında 2 qol vurmağı bacardıq. Düşünürəm ki, təxminən bərabər səviyyəli komandaların oyunu oldu. “İnter”in güclü və ya zəif olduğu hiss edilmirdi. Evdə 2:3 hesabı ilə uduzmağımıza baxmayaraq, cavab oyunu ərəfəsində mərhələ keçmək şansları 50-nin 50-yədir. İlboyu avrokuboklar üçün mübarizə aparmaq və elə ilk dueldə yarışdan kənar düşmək çox üzücü olardı. Qarşılaşmadan sonra baş məşqçimiz də hər iki qolu özümüzün yaratdığını dedi. Düşünürəm ki, cavab oyununda daha diqqətli olacağıq”.
Qeyd edək ki, Tiraspolda 3:2 hesabı ilə qalib gələn “İnter” ev oyununu iyulun 10-da keçirəcək