“Tiraspol” Bakıya nə vaxt gələcək?
05.07.2014 - 14:57
“Tiraspol” Bakıya nə vaxt gələcək?

Moldovanın “Tiraspol” klubunun Bakıya gələcəyi tarixə aydınlıq gəlib. Apasport.az saytına klubdan verilən məlumata görə, tiraspollular iyulun 9-u Kişinyovdan İstanbula təyyarə ilə gedəcəklər.

“Tiraspol” həmin günün səhər saatların artıq paytaxtımızda olacaq. “İnter”in rəqibi iyulun 9-u axşam saat 21:00-da “Şəfa” stadionunda oyunöncəsi son məşqini keçirəcək.

Qeyd edək ki, Avroliqanın I təsnifat mərhələsinin cavab görüşü olan “İnter” – “Tiraspol” matçı saat 21:00-da başlayacaq. Tərəflərin ilk matçında təmsilçimiz səfərdə 3:2 hesabı ilə qalib gəlib.