“Tiraspol”un baş məşqçisi: Rəqib səhvlərimizdən istifadə etdi
04.07.2014 - 00:48
“Tiraspol”un baş məşqçisi: Rəqib səhvlərimizdən istifadə etdi

 

“Tiraspol” klubunun baş məşqçisi Vlad Qoyan Avropa Liqasının ilk təsnifat oyununda “İnter”ə məğlubiyyətlərini şərh edib. Apasport.az saytının məlumatına görə, Qoyan rəqibin onların səhvindən istifadə etdiyini bildirib.

 

“Tiraspol”un baş məşqçisi komandasının şanslardan istifadə edə bilməməsindən də şikayət edib: “Mən “İnter”i təbrik edirəm. Onlar yaxşı oynadılar və bizə 3 qol vurdular. Şansından istifadə edə bilən komanda həmişə qalib gəlir. Bizim birinci hissədə də şanslarımız oldu. Biz vura bilmədik və qapımıza penalti təyin edildi. İkinci qolu da öz səhvimiz ucbatından buraxdıq. Ümumilikdə, pis oynadığımızı deyə bilmərəm. Amma səhvlərimiz yekun nəticəyə təsir etdi. Azərbaycanda “İnter”in şansı daha böyük olacaq. Amma biz heç nə itirmirik. Biz oynayacağıq və qol vurmağa çalışacağıq”.

 

Qeyd edək ki, “İnter”in baş məşqçisi Kxaber Tsxadadze diskvalifikasiya olunduğundan oyundan sonrakı mətbuat konfransında iştirak etməyib.