“Tiraspol”un hücumçusu: Məqsədimiz mərhələ keçməkdi
07.07.2014 - 12:08
“Tiraspol”un hücumçusu: Məqsədimiz mərhələ keçməkdi

“Tiraspol” klubunun futbolçusu Georgi Karaneyçev Moldova mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı hücumçu Avropa Liqasının I təsnifat mərhələsinin Bakı “İnter”i ilə oyunları haqda danışıb.

 

- İlk oyundakı 2:3 hesablı məğlubiyyəti nə ilə izah edərdiz?

- Bilmirəm. Yalnız onu dərk edirəm ki, hamı məyusdur. Uduzmaq istəmirdik. Belə olacağına inanmırdıq. Amma sonda belə alındı.

 

- “İnter” “Tiraspol”u hansı oyun komponentlərində üstələdi?

- İlk 10 dəqiqədəki 2 qolda. Bundan sonra biz təzyiq altında oynadıq. Düzünü deyim ki, bunu gözləmirdim.


- Bakılılar qələbəyə layiq idi?

- Mənə elə gəlir ki, onların bəxti gətirdi. Daha 10 dəqiqə vaxtımız olsaydı, hesabı bərabərləşdirərdik.


- Səfərdə “İnter”ə qalib gələ biləcəyinizi düşünürsünüz?
- Niyə də olmasın ki? Bu, futboldur. İstənilən nəticə qeydə alına bilər.


- Cavab oyununda şanslarınızı necə qiymətləndirirsiniz?

- Bakıya qələbə üçün gedəcəyik. Məqsədimiz mərhələ keçməkdi. Bunun üçün şanslarımız da pis deyil.

 

Mənbə: moldova.sports.md