“Tiraspol”un yeni transferi: “İnter” müdafiədən oynayır
02.07.2014 - 15:10
“Tiraspol”un yeni transferi: “İnter” müdafiədən oynayır

“İlk oyunla bağlı demək istərdim ki, çox yaxşı görüş olacaq. Biz ilk dəqiqələrdən böyük üstünlüyə yiyələnməyə çalışacağıq. İlk matçı evdə oynayırıq və müsbət nəticəyə nail olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Moldovanın “Tiraspol” klubunun yeni transferi Georgi Boqyu deyib.

 

2011/12 mövsümündə AZAL-ın hücumçusu olmuş Georgi Boqyu bu gün “Tiraspol”un keçirdiyi mətbuat konfransında “İnter”lə Avroliqa görüşü haqqında danışıb. 32 yaşlı hücumçuya ənənəvi olaraq, Azərbaycan və Moldova çempionatını müqayisə etmək və “İnter”in hansı üslubda oynaması haqda sual verilib.

 

Boqyu “İnter”in müdafiədən oynadıqlarını bildirib: “Deməzdim ki, Azərbaycan çempionatı bizdən güclü fərqlənir. Hər bir çempionatda fərqli komandalar var. Çox müdafiə olunanları da, topla oynamağı sevənləri də və daha çox arxadan oynayanları da var. Xatırladığım və bildiyim qədəri ilə, “İnter” müdafiədən oynayır. Biz sadəcə, bütün komanda ilə onların oyununu araşdırmışıq, vəssalam”.

 

Qeyd edək ki, Georgi Boqyu AZAL-da oynadığı müddətdə 27 oyuna 5 qol vurub. O, sonrakı 2 mövsümü Moldovanın “Milsami” klubunda keçirmişdi.