“Tottenhem” 43 yaşlı qapıçı ilə müqavilə imzaladı
10.06.2014 - 02:40
“Tottenhem” 43 yaşlı qapıçı ilə müqavilə imzaladı

 

“Tottenhem” klubunun 43 yaşlı qapıçısı Bred Fridel komanda yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir.

 

Amerikalı qapıçının klubla müqaviləsi 1 il üçün nəzərdə tutulub. Bundan əlavə, Fridel “Tottenhem”in Şimali Amerikadakı səfiri vəzifəsini də yerinə yetirəcək. Qapıçı 2011-ci ildən bu yana “Tottenhem”in heyətində ümumilikdə 67 oyuna çıxıb.

 

Futbolçu İngiltərə çempionatında 1997-ci ildən oynayır. O, ilk olaraq Amerikanın “Kolambus” klubundan “Liverpul”a keçib. Sonra isə “Blekbern” və “Aston Villa”nın formasını geyinib. Bundan əlavə, Fridel ABŞ yığmasının heyətində də 82 oyuna çıxıb.