“Trabzonspor” “Barselona”nın futbolçularını yığır
21.04.2014 - 23:57
“Trabzonspor” “Barselona”nın futbolçularını yığır

 

Bir müddət öncə Karles Puyola qeyri-rəsmi təklif ünvanladığı iddia edilən “Trabzonspor” klubu “Barselona”nın daha iki oyunçusu ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, trabzonlular Boyan Krkiç və İbrahim Affelayın da Türkiyəyə gəlməsinin mümkünlüyünü nəzərdən keçirirlər.

 

Trabzonda çıxan “Taka” qəzeti yazır ki, “Trabzonspor”un başqanı İbrahim Hacıosmanoğlu bir ay öncə Barselonaya səfəri zamanı klubun idman direktoru Antoni Subisaretta ilə görüşüb. Subisaretta icarəyə verdikləri Boyan Krçik və İbrahim Affelayı Hacıosmanoğluna məsləhət görüb.

 

Razı salındıqları təqdirdə, futbolçuların gələn mövsüm Trabzon klubunun formasını geyəcəkləri bildirilir. Bundan əlavə, Hacıosmanoğlu Subisaretta ilə görüşdə “Akyazı” stadionunun açılışı zamanı ilk oyunu “Barselona”ya qarşı keçirmək istədiklərini deyib.