“Transfer pəncərəsi”nin açılacağı tarix bilindi
05.06.2014 - 14:50
“Transfer pəncərəsi”nin açılacağı tarix bilindi

2014/2015-ci il mövsümü üçün yay və qış transfer dövrləri açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yay transfer pəncərəsi iyun 10-da açılacaq və sentyabrın 1-nə kimi davam edəcək.

 

Qış transfer dövrü isə 2015-ci il yanvarın 5-dən fevralın 2-nə kimi olacaq.

 

Qeyd edək ki, Topaz Premyer Liqası və I Divizion təmsilçiləri göstərilən dövrlər ərzində heyətinə cəlb etdikləri oyunçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.