“Turan”la “siftə” edib, “Neftçi” ilə 100-ü arxada qoyacaq
05.02.2015 - 10:50
“Turan”la “siftə” edib, “Neftçi” ilə 100-ü arxada qoyacaq

Topaz Premyer Liqasının XX turunun “Neftçi” ilə oyunu “Simurq”un baş məşqçisi Georgi Çixrazde üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Zaqatala təmsilçisini yubiley – 100-cü dəfə meydana çıxaracaq.

 

2012-ci il martın 17-də “Turan”la evdə keçirilən Premyer Liqa oyununda (1:1) komandanın baş məşqçisi postunda debüt edən Çixradze bu günədək 99 rəsmi qarşılaşmada iş başında olub.

Yubiley oyununadək mütəxəssis 94 çempionat və 5 kubok matçında Zaqatala təmsilçisinə rəhbərlik edib. Premyer Liqada 99 dəfə yetirmələrinin qoluna sevinən gürcüstanlı bu göstəricidə də yubileyin astanasındadı. Lakin bunun üçün “Simurq” səfərdə qol vurmalıdı.

 

Qeyd edək ki, ölkəmizdə yalnız bir klubun “sükanı arxasında” olan Çixradze Azərbaycan karyerasında 100 və daha çox oyun keçirən 6-cı legioner baş məşqçi kimi tarixə düşəcək. Onadək Kaxaber Sxadadze (257), Roman Pokora (126), Valentin Xodukin (113), İbrahim Uzunca (109), Qyoko Hacievski (101) müxtəlif miqyaslı yarışlarda (Premyer Liqa, kubok, Superkubok, avrokuboklar, Birlik kuboku, I divizion, əvəzedicilər) Azərbaycan klubunu üst-üstə 100-dən artıq matçda baş məşqçi funksiyasını yerinə yetirib.

 

2011/12

Çempionat

9

3

5

1

8-6

14

2012/13

Çempionat

32

12

12

8

29-26

48

 

Kubok

3

1

1

1

1-1

4

2013/14

Çempionat

36

11

13

12

35-28

46

 

Kubok

1

0

1

0

2-2

1

2014/15

Çempionat

17

7

3

7

27-22

24

 

Kubok

1

1

0

0

6-0

3

Cəmi

Çempionat

94

33

33

28

99-82

132

 

Kubok

5

2

2

1

9-3

8

 

CƏMİ

99

35

35

29

108-85

140

 

Qeyd: nəticəsi ləğv olunan oyun cədvəldə, texniki nəticə və penaltilər seriyası top fərqində nəzərə alınmayıb.