Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Tvente” heyətinə yeni qapıçı cəlb etmək fikrindədi. Apasport.az xəbər verir ki, Ensehede təmsilçisi “Ayaks”dan Kennet Vermerlə güclənmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir.
“Tvente”nin heyətində Sonni Stevens və Nik Marsman kimi qapıçılar olsa da, baş məşqçi Alfred Şreoyder yeni çərçivə qoruyucusuna ehtiyac duyur. Buna səbəb isə Sonni Stevens və Nik Marsmanın son oyunlarda inamsız təsir bağışlamasıdı. Kennet Vermerin transferinin Avroliqa oyunlarına qədər reallaşacağı gözlənilir.
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində “Qarabağ” və “Tvente” arasında ilk görüş avqustun 21-də Bakıda, cavab qarşılaşması isə avqustun 28-də Hollandiyada keçiriləcək.