“Azərbaycan komandaları ilə tanış deyiləm və heç vaxt onlara qarşı oynamamışam. Bu mənim üçün yenilik olacaq”. Apasport.az xəbər verir ki, bu sözləri Hollandiyanın “Tvente” klubunun hücumçusu Lyuk Kastaynos deyib.
Avroliqanın pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Enshede təmsilçisinin futbolçusu mərhələ keçmək istədiklərini bildirib: “Bizim üçün rəqibin kimliyi fərq etmir. Əsas məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdı. İlk oyunumuz Bakıda olacaq və biz oradan sərfəli nəticə ilə dönməyə çalışacağıq. Rəqibin hansı gücdə olmağından çox öz oyunumuzu oynamağı düşünməliyik ”.