[b]“Valletta” – “Qarabağ” görüşünün vaxtı bəlli oldu[/b]
26.06.2014 - 11:48
[b]“Valletta” – “Qarabağ” görüşünün vaxtı bəlli oldu[/b]

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Maltanın "Valetta" klubu ilə ilk görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, Maltada baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:30-da veriləcək. 

Görüş iyulun 15-də baş tutacaq. Bu komandalar arasında təkrar qarşılaşma isə bir həftə sonra Bakıda - iyulun 22-də keçiriləcək.