“Valletta” “Qarabağ”la oyun üçün futbolçu tapmır
15.07.2014 - 11:13
“Valletta” “Qarabağ”la oyun üçün futbolçu tapmır

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Malta çempionu “Valletta” çətin duruma düşüb. Apasport.az saytının məlumatına görə, iki futbolçusunun zədələnməsindən sonra adalılar çıxılmaz vəziyyətlə üzləşiblər.

 

Belə ki, artıq baş məşqçi Gilbert Agius bugünkü ilk oyunun protokoluna daxil etməyə futbolçu tapmır. Klubun rəsmi saytı mütəxəssisin sərəncamında 16 oyunçunun qaldığını iddia edir. Bu isə protokola daxil ediləcək 18 nəfərlik siyahının natamam qalacağı deməkdi.

 

Bütün bunlar yarımmüdafiəçi Adrian Zahra və hücumçu Livelin Kremonanın sıradan çıxması üzündən yaranıb. Nəticədə Agius yalnız Yens Çini, Nikki Velya, Luke Dimeş, Roderik Briffa, Conatan Karuana, Yan Azzopardi, Rayan Fenek, Tauan Kamilleri, Uqo Faria, Hmed Alkamali, Latif Elford Aliyu, Abdulkarim Nafti, Yan Zammit, Şon Bayada, Luke Montebillo, Rafael Kusondanın xidmətindən yararlana biləcək.

 

Qeyd edək ki, “Valletta” -  - “Qarabağ” oyunu saat 21:30-da başlayacaq.