“Valletta”nın baş məşqçisi: “Qarabağ” çətin rəqibdi
14.07.2014 - 11:48
“Valletta”nın baş məşqçisi: “Qarabağ” çətin rəqibdi

“Qarabağ” bizim üçün çətin rəqibdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maltanın “Valletta” klubunun baş məşqçisi Gilbert Agius deyib.

 

Mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la oyunu haqda danışıb: “Mən Azərbaycan futbolunu izləyirəm. Çünki bu, mənim borcumdu. Məşqçi kimi bütün komandalar haqda məlumatım olmalıdı. Deyərdim ki, Azərbaycanda idmanın bütün sahələri böyük investisiyalar sayəsində inkişaf edir. Həm də bizi uzun, yorucu səfər gözləyir. Azərbaycandakı cavab oyununa gedəndə əziyyət çəkəcəyik”.

 

Qeyd edək ki, “Valletta” – “Qarabağ” oyunu iyulun 15-də keçiriləcək.