“Valletta“nın prezidenti: “Qarabağ”ın büdcəsi 11 milyon avrodur
12.07.2014 - 10:13
“Valletta“nın prezidenti: “Qarabağ”ın büdcəsi 11 milyon avrodur

“Qarabağ” kimi rəqiblə qarşılaşmada heç-heçə də pis nəticə deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maltanın “Valletta” klubunun prezidenti Viktor Skiriha deyib.

 

Yeni futbolçuların təqdimatında çıxış edən klub başçısı çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la oyunları haqda da danışıb: “11 milyon avroluq illik büdcəyə malik rəqibimiz güclü komandadır. Həm də Azərbaycana səfər xeyli çətinlik yaradır. Lakin futbolçularımız “Qarabağ”la oyunlarda əlindən gələni edəcək ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Klubumuzun bütün azarkeşlərini iyulun 15-dəki qarşılaşmaya dəvət edirəm. Matça gəlib komandamıza dəstək olun.