“Volfsburq” “Bavariya”nın braziliyalı müdafiəçisini transfer etdi
30.08.2015 - 21:19
Bundesliqa klublarından “Volfsburq” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “yaşıllar” “Bavariya”nın braziliyalı müdafiəçisi Dante ilə anlaşıblar.
31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
“Canavarlar” bu keçid üçün münhenlilərə 4.5 milyon avro ödəyəcək.
0
0