“Voyvodina” Azərbaycan klubu ilə qarşılaşa bilər
25.12.2015 - 09:29
“Voyvodina” Azərbaycan klubu ilə qarşılaşa bilər

Türkiyəyə təlim-məşq toplanışına yollanacaq Azərbaycan klubları Serbiya təmsilçisi “Voyvodina” ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizlə yoxlama oyunu keçirmək balkanlıların planlarına uyğundu.

 

Bunu “Voyvodina”nın baş direktoru Aleksandr Duncerski açıqlayıb. O bildirib ki, qış fasiləsini ən yaxşı şəraiti malik məkanda – Antalyada keçirəcəklər. Klub rəsmisi burada baş tutacaq 6 yoxlama matçı üçün Azərbaycan, Qazaxıstan, Ukrayna, Danimarka, Çexiya və Slovakiya təmsilçiləri arasında seçim edəcəklər. Hazırda əlində bu komandaların siyahısı olan serbiyalılar münasib rəqib axtarırlar.