“Xəzər Lənkəran” “Livada Prestij”i seçdi
01.07.2014 - 17:00
Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışının birinci hissəsini davam etdirən “Xəzər Lənkəran” iyulun 6-da qardaş ölkədəki hazırlıqları başa vuracaq. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar” toplanışın ikinci mərhələsini Sloveniyada keçirəcək.
Cənub təmsilçisi həmin ölkəyə iyulun 6-da yollanacaq və iyulun 29-dək məşqləri davam etdirəcək. Artıq baş məşqçi Oğuz Çətinin komandasının Sloveniyada qalacağı otel də məlumdur.
Belə ki, komanda Toplise yaxınlığındakı 5 ulduzlu “Livada Prestij” otelində məskunlaşacaq.
0
0