“Xəzər Lənkəran” baxışa gələn futbolçunu geri qaytardı
25.06.2014 - 16:00
“Xəzər Lənkəran” baxışa gələn futbolçunu geri qaytardı

“Xəzər Lənkəran” Ukraynanın “Dnepr” klubundan baxışa çağırdığı azərbaycanlı futbolçu Bayram Budaqovu geri qaytarıb. Apasport.az-ın məlumatına görə, 20 yaşlı hücumçu baş məşqçi Oğuz Çətin tərəfindən bəyənilməyib.

 

Qeyd edək ki, Bayram Budaqov Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının üzvü olub. Lakin sonradan yığma komandaya dəvət almayıb.