Növbəti turda doğma meydanda “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” bu gün toplanır. Apasport.az saytının məlumatına görə, cənublular 4 günlük istirahəti yekunlaşdıraraq, bu gün, saat 12:00-da doğma şəhərdə bir araya gələcək.
İlk məşqin saat 16:00-da stadionun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulur. Qarşıdakı günlərdə komanda həm fiziki, həm də taktiki çalışmalar planında məşqlər keçərək əzəli rəqibi ilə görüşə hazırlaşacaq.
Milli komandanın düşərgəsində olan Rahid Əmirquliyev və Elşən Rzazadə noyabrın 18-də, U-19 millisinin heyətində çıxış edən Elnur Cəfərov isə noyabrın 16-da Lənkərana qayıdaraq komandaya qoşulacaqlar. (12cioyuncu.info)
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI