“Xəzər Lənkəran” Ərzuruma 2 gün tez yollanacaq
19.06.2014 - 11:21
“Xəzər Lənkəran” Ərzuruma 2 gün tez yollanacaq

“Xəzər Lənkəran”ın təlim-məşq toplanışının vaxtında dəyişiklik edilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Türkiyənin Ərzurum şəhərində hazırlıq keçəcək “ağ-yaşıllar” səfərə iyunun 24-də deyil, 2 gün tez yola düşəcəklər.

Komanda ən uca dağ yüksəkliyi yamacında yerləşən “Xanadu Snow White” otelində toplaşacaq. İki həftəlik toplanış müddətində hazırlıq prosesi haqqında mütəmadi olaraq “Xəzər Lənkəran” TV vasitəsilə video süjetlər, müsahibələr təqdim olunacaq.