“Xəzər Lənkəran” Gürcüstana getdi
21.07.2014 - 10:04
“Xəzər Lənkəran”ın əvəzedici komandası mövsümlərarası fasilə dönəmində hazırlıq planına uyğun olaraq Gürcüstana yola düşüb. Apasport.az saytının məlumatına görə, hazırlığın ilk dönəmini Lənkəranda keçirən gənclər qonşu respublikada 2 həftəlik hazırlıq toplanışı keçirəcək.
Qeyd edək ki, Elbrus Məmmədovun yetirmələri Gürcüstanda 5 yoxlama oyununa çıxacaq.
0
0